Ordu.az "Haykakan Jamanak"a istinadən xəbər verir ki, son dövrdə hakim respublikaçılar partiyasında Serj Sarkisyan tərəfindən gözlənilməz addım atılaraq baş nazir vəzifəsinə tamamilə yeni namizəd irəli sürülə biləcəyinə dair məlumatlar yayılmaqdadır. Ehtimal olunur ki, gözlənilməz namizəd Vigen Sarkisyan ola bilər.
Bir neçə gün əvvəl "Haykakan Jamanak" Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr departamentinə yazılı müraciət edərək Vigen Sarkisyanın aşağıdakı suallara cavab verməsini xahiş edib.
Ermənistanın hakim partiyası tərəfindən baş nazir vəzifəsinə namizəd olacağı məsələsinin nə dərəcədə həqiqətə uyğun olduğuna cavab verməyi xahiş ediblər. Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr departamentindən bildiriblər ki, qanuna müvafiq olaraq 30 gün ərzində suala cavab veriləcək.
Qanuna müvafiq olaraq 30 gün müddət 14 aprel tarixində tamam olur. Həmin gün hakim partiya baş nazir vəzifəsinə namizədin kim olacağını müzakirə edərək elan etməlidir.
Alpər Mövludoğlu
Ordu.az